1035 müəllim müddətsiz əmək müqaviləsi hüququ qazanıb

1035 müəllim müddətsiz əmək müqaviləsi hüququ qazanıb

Hazırda oxunan: 1035 müəllim müddətsiz əmək müqaviləsi hüququ qazanıb

7179

“1035 müəllim müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıb”.

Bizim.Media xəbər verir ki, bu Təhsil Nazirliyinin 2020-ci ilin yekunlarına dair hesabatnda yer alıb.

Bildirilib ki, ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş müsabiqə əsasında müddətli müqavilə ilə işə qəbul olunmuş müəllimlərin daimi əsaslarla işə qəbul edilməsi üçün elektron müsabiqə və onlayn müsahibələr təşkil edilib.

“Müsahibələrdə iştirak etmiş 1228 namizəddən 1035 nəfəri uğur qazanaraq müddətli müqavilə əsasında çalışdıqları məktəbə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıb”,-deyə qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO