“Yüksəliş” proqramının əlaqələndirici şəxsləri ilə görüş - FOTO

“Yüksəliş” proqramının əlaqələndirici şəxsləri ilə görüş - FOTO

Hazırda oxunan: “Yüksəliş” proqramının əlaqələndirici şəxsləri ilə görüş - FOTO

71769

Aprelin 27-də “Yüksəliş” müsabiqəsinin mentorluq proqramının əlaqələndirici şəxsləri ilə görüş keçirilib. 

Bizim.Media xəbər verir ki, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev qaliblərə təqdim olunan 1 illik özünüinkişaf proqramının gedişatı ilə maraqlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

2-ci “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi keçirildi - FOTO


Görüşdə iştirak edən ötən ilin “Yüksəliş” müsabiqəsinin qalibləri Güldənə Hidayətli və Orxan Quliyev hazırda davam edən mentorluq proqramı barədə ətraflı məlumat veriblər, təklif və təcrübələrini paylaşıblar.

Görüşdə “Yüksəliş” müsabiqəsi tərəfindən həyata keçirilən işlər haqqında ümumi məlumat təqdim olunub.

Həmçinin, qaliblər və mentorlar arasında əlaqələrin gücləndirilməsi, o cümlədən, qarşıdan gələn ikinci “Yüksəliş” müsabiqəsinin mentorluq proqramının effektivliyini artırmaq istiqamətində fikir mübadiləsi aparılıb. 
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO