Azərbaycanlılar daha çox hansı ölkənin dərmanlarına üstünlük verirlər? - SƏBƏB

Azərbaycanlılar daha çox hansı ölkənin dərmanlarına üstünlük verirlər? - SƏBƏB

Hazırda oxunan: Azərbaycanlılar daha çox hansı ölkənin dərmanlarına üstünlük verirlər? - SƏBƏB

71748

Azərbaycanda apteklərdə satılan dərmanların keyfiyyəti barədə alıcıların fikirləri həmişə birmənalı olmur. Əksəriyyət dərman alarkən yerli yox, xarici istehsallı dərmanlara üstünlük verirlər. Niyəsini soruşduqda isə qiymətin baha, keyfiyyətin isə aşağı olduğu deyilir. Xüsusilə uzun illərdir ki, Rusiya istehsalı olan dərman və preparatlar daha güvənli və keyfiyyətli hesab olunur. Görəsən bu doğrudanmı belədir?

Azərbaycan Tibb Universitetinin Farmokologiya kafedrasının dosenti, professor Aydın Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, deyilənlər artıq həqiqəti əks etdirmir:

“Xarici ölkələrdən Azərbaycana keyfiyyətsiz dərmanların gətirilməsi hər kəsə məlumdur. Demək olar ki, Rusiyadan gətirilən dərmanlar da artıq əvvəlki qədər keyfiyyətli hesab olunmur. Doğrudur, əvvəllər - Sovet dövründə həmin dərmanlar keyfiyyətli idi. Çünki qapalı ölkə idi məcbur olurdu ki, öz vətəndaşları üçün keyfiyyətli dərmanlar istehsal etsin. Elə o zamanlardan da insanların yaddaşına həkk olunub ki, Rusiyanın istehsal etdiyi dərmanlar 1 nömrədir. Bu artıq belə deyil. Son zamanlar Azərbaycanda dərmanlara qarşı həm qiymət artımı, həm də keyfiyyətsizliyi ilə bağlı çox ciddi narazılıqlar yaranıb.
 

Dərmanlardan ifrat dərəcədə qazanc əldə etmək isə heç bir qaydaya sığmır. Dərmana ehiyacı ola aztəminatlı insanların çox olduğunu nəzərə alsaq, bu addımı günah hesab olunur”.


Farmokoloqun sözlərinə görə, dərmanların tərkibi alimlər tərəfindən doğru şəkildə hazırlanır sadəcə dərman biznesi ilə məşğul olan işbazlar onların tərkibini dəyişdirməyə çalışırlar:

“Ölkəmizdə dərmanların geniş şəkildə istehsal olunması ilə bağlı fikirlər də var idi. Lakin, mən özüm antioksidant olan “Meksidol” adlı dərmanın müəllifiyəm. Bu dərmanı rus alimləri ilə birlikdə hazırlamışıq. Demək istədiyim budur ki, dərmanları alimlər keyfiyyətli hazırlayırlar, onların burada günahı yoxdur.
 

Sadəcə sözügedən dərmanlar daha sonra düşür dərman biznesi quran şəxslərin əlinə. Problemlər bundan sonra başlayır. Tərkib dəyişdirilir və ya dərman keyfiyyətsiz hala düşür.


Dərmanları nə qədər yerli istehsal etsək bir o qədər də yaxşıdır. Çünki nəticədə onun tərkibinə nəzarət edə biləcəyik, yeni iş yerləri açılacaq və dərmanlara görə, ölkəmizdən çıxan pul valyutaları özümüzdə qalacaq”, - deyə qeyd edən A. Əliyev yerli dərmanların daha çox istehsal olunması ilə qiymətlərin cibə uyğunlaşacağını diqqətə çatdırıb.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO