Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova vəzifəsindən azad edilib.
Bu barədə Bizim.Media-ya Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Zamirə Adilova bildirib.
O, TƏBİB İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun Həqiqət Qədirovanın işdən azad edilməsi barədə əmr imzaladığın da deyib. Xatırladaq ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun fəaliyyəti ən çox tənqid edilən tibb müəssisələrindəndir.
MÖVZU İLƏ BAĞLI:
Bakıda həkimlər xəstələrin gözü önündə bir-birini TƏHQİR ETDİLƏR: “Qızın yaşındadır, niyə otağa salmışdın?” - VİDEO
2017-ci ildə Həqiqət Qədirova sözügedən instituta direktor təyin olunandan bu tibb ocağında şikayətlərin ardı-arası kəsilmirdi.
Xəstəxananın Diaqnostika Laboratoriyasının şöbə müdiri ilə işçiləri arasında bitməyən qalmaqal məhkəmə müstəvisinə qədər gedib çıxıb.
Alçina Amilqızı, Bizim.Media