Metroda qatar yoluna düşən qızlar məktəbli olublar

Metroda qatar yoluna düşən qızlar məktəbli olublar

Hazırda oxunan: Metroda qatar yoluna düşən qızlar məktəbli olublar

71683

Metroda qatar yoluna düşərək qaçan qızlar məktəbli olublar.

Bizim.Media xəbər verir ki, qızlar heç bir xəsarət almayıblar. 

Onların hansı təhsil müəssisəsinin və neçənci sinif şagirdləri olduqları hələlik məlum deyil.

Xatırladaq ki, iki gənc qız “20 Yanvar” stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar. Dərhal “20 Yanvar-İnşaatçılar” mənzilindən yüksək gərginlik çıxarılıb.

Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə  “20 Yanvar” stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub.
Xətlərdə ümumən altı dəqiqə yubanma yaranıb.

*** 13.18

İki gənc qız "20 Yanvar" stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar. 

Bizim.Media xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib. 

"Dərhal "20 Yanvar-İnşaatçılar" mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə "20 Yanvar" stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub. Xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb”, - deyə məlumatda qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO