03.01.2022-ci il tarixdə Masallı rayon Ərkivan qəsəbə sakini 1978-ci il təvəllüdlü Qalib Cəbiyevin öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Masallı rayon prokurorluğu yayıb.
İstintaqla zərərçəkmişin qardaşı Seyfulla Cəbiyevin qeyd edilən tarixdə gecə saatlarında birgə yaşadıqları evdə heç bir əsaslı səbəb olmadan Qalib Cəbiyevə yumruq və təpiklə zərbələr vurub qəsdən öldürməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə meyiti yaşadıqları evin həyətyanı sahəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Seyfulla Cəbiyevə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:16 / 27.04.2022
Masallıda qardaşını öldürən şəxsdən yeni XƏBƏR var
Hazırda oxunan: Masallıda qardaşını öldürən şəxsdən yeni XƏBƏR var
Hazırda oxunan: Masallıda qardaşını öldürən şəxsdən yeni XƏBƏR var
71637
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.