Mingəçevirdə inşa olunan Dövlət Rəmzləri Muzeyi nə vaxt açılacaq? - FOTO

Mingəçevirdə inşa olunan Dövlət Rəmzləri Muzeyi nə vaxt açılacaq? - FOTO

Hazırda oxunan: Mingəçevirdə inşa olunan Dövlət Rəmzləri Muzeyi nə vaxt açılacaq? - FOTO

71623

Mingəçevirdə inşa olunan və ölkədə ilk olan Dövlət Rəmzləri Muzeyi nə zaman ziyarətçilərinin üzünə açılacaq? Bu suala cavab tapmaq heç də asan məsələ deyil.

Bizim.Media xatırladır ki, 2019-cu ildə Mingəçevir şəhər  İcra Hakimiyyərinin sifarişinə əsasən inşa edilən və bir il sonra ölkə prezidenti İlham Əliyev tərəfindən şəhərə rəsmi səfəri zamanı açılış törəni həyata keçirilən muzey o vaxtdan üzübəri ziyarətçilərinin üzünə bağlı qalıb.

Şəhər sakinləri və şəhərin qonaqları isə muzeyə ayaq basacağı günün həsrətini  yaşayır.

Bərdə Regional Mədəniyyət İdarəsi myzeyin hələ ki onların səlahiyyətinə verilmədiyni deyir. Şəhər İcra Hakimiyyəti aparatı isə  müəyyən rəsmi hazırlıqlardan sonra   muzeyin Mədəniyyət Nazirliyinin balansına veriləcəyini bildirir. Bütün bunlara rəğmən hər kəs haqlı olaraq sual edir.
Dövlətçilik tarixinin öyrənilməsi və təbliği baxımdan  önəmli olan ölkənin bu ilk muzeyi nə vaxt qapılarını açacaq?

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO