Bakıda qəzalı vəziyyətdə olan minə yaxın yaşayış binasında yoxlamalara başlanıb.
Bizim.Media xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Rəşid Ağayev paytaxtda qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarında inventarizasiya işləri aparıldığını deyib.
Bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq komissiya yaradılıb.
Şöbə müdiri qeyd edib ki, yaşayış üçün təhlükəli vəziyyətdə olan binalar əsasən mərkəzi rayonlarda çoxluq təşkil edir.
Binada yaşayan sakinlər isə qısa zamanda başqa ünvana köçürülmələrini istəyirlər.
Mövzu ilə bağlı daha ətraflı "Xəzər Xəbər"in videomaterialını təqdim edirik:
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:00 / 26.04.2022
Bakıda 1000-ə yaxın binada yoxlama - SAKİNLƏR KÖÇÜRÜLÜR / VİDEO
Hazırda oxunan: Bakıda 1000-ə yaxın binada yoxlama - SAKİNLƏR KÖÇÜRÜLÜR / VİDEO
Hazırda oxunan: Bakıda 1000-ə yaxın binada yoxlama - SAKİNLƏR KÖÇÜRÜLÜR / VİDEO
71596
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.