Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin Nəqliyyat və Xüsusi Texnika Departamentinin “Avtomexanikləşdirmə kolonu”nda təlim-məşq keçirilib.
FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, təlimin mövzusu “Avtomexanikləşdirmə kolonu”nun anbar sahəsində baş vermiş şərti yanğının “söndürülməsi” olub.
Əvvəlcə, baş vermiş şərti yanğın barədə səsucaldıcı vasitəsilə məlumat verilib. Məlumatdan dərhal sonra metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanılıb və FHN-in “112” qaynar telefon xəttinə “məlumat verilib”.
Daha sonra FHN-in müvafiq yanğınsöndürmə qüvvələri şərti yanğın hadisəsi baş vermiş ünvana gələrək qısa müddətdə “yanğını söndürüblər”.
Sonda təlimin nəticələri müzakirə olunub, FHN-in əməkdaşları tərəfindən metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı zəruri döyüş hərəkətləri, metropoliten ərazisində yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:10 / 25.04.2022
FHN metroda təlim-məşq keçirdi - FOTO
Hazırda oxunan: FHN metroda təlim-məşq keçirdi - FOTO
Hazırda oxunan: FHN metroda təlim-məşq keçirdi - FOTO
71357
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.