Nizami Rayon Məhkəməsində Bakıda anasını öldürməkdə təqsirləndirilən 15 yaşlı yeniyetmə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Bizim.Media xəbər verir ki, prosesdə təqdimat təmin edilib və təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğunun Mətbuat Xidməti Trend-ə faktı təsdiqləyib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda 15 yaşlı oğul anasını küçədə bıçaqlayıb öldürdü - Səbəb bu olub
Xatırladaq ki, hadisə aprelin 20-si paytaxtın Nizami rayonu ərazisində "Neftçilər" metrostansiyasının qarşısında baş verib. 2007-ci il təvəllüdlü oğlan qısqanclıq zəminində anası, 1985-ci il təvəllüdlü Sevinc Məhərrəmova bıçaqla qətlə yetirib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bizim.Media