Pasxa bayramını Gəncədə yaşayan pravoslavlar da qeyd ediblər.
Bizim.Media-nın Gəncə bürosunun məlumatına görə, ölkənin qərb bölgəsində yaşayan pravoslavlar səhər saatlarından başlayaraq Gəncədəki Aleksandr Nevski kilsəsinə toplaşıb, Paxsa bayramını qeyd ediblər.
Hər il olduğu kimi bu il də ölkəmizdə daima sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə və Vətən müharibəsində şəhid olanların ruhuna dualar oxunub, şamlar yandırılıb, vacib sayılan bir sıra dini ayinlər icra edilib.
Gəncə şəhərində təxminən iki min nəfərə yaxın pravoslav məskunlaşıb.
Qərb bölgəsində yeganə kilsə olan Aleksandr Nevski Rus Pravoslav Kilsəsi isə 1887-ci ildə inşa edilib və o dövrdən dini məbəd kimi fəaliyyət göstərir.
Məqsəd Rəhimov, Bizim.Media