Məşhur ekstrasens: “2030-cu ilə qədər dünya dəyişəcək”

Məşhur ekstrasens: “2030-cu ilə qədər dünya dəyişəcək”

Hazırda oxunan: Məşhur ekstrasens: “2030-cu ilə qədər dünya dəyişəcək”

7116

2021-ci ilin ilk gününü yaşayırıq.  

Bu ildə baş verəcək hadisələr hər birimiz üçün maraqlıdır. Tanınmış parapsixoloq, astroloq və ekstrasens Lamiyə İsmayılova özəl olaraq Bizim.Media-ya 2021-ci ilin gözləntilərini açıqlayıb. 

Ekstrasensin dediyinə görə, 2021- ci il oyanış ili olacaq, yer yeni bir müstəviyə keçəcək, bəşəriyyət yüksələcək. Eyni zamanda asan bir il olmayacaq. Amma bəşəriyyətin 2020-ci ildə yaşadıqları kimi dəhşətli bir hadisələr baş verməyəcək.

Yanvar və fevral ayları 2020-ci il kimi keçəcək. May ayına qədər isə köklü  dəyişikliklər baş verəcək. İlin birinci yarısı çətin olsa da, ikinci yarısı yüngül olacaq. Əsasən may ayı ən ağır aylardan biri olacaq. İlin əvvəli fevral, mart, aprel, noyabr, dekabr ayları Azərbaycan və Ermənistan arasında hərbi münaqişələr ola bilər. Yaxud bu ərəfələr ən çətin zaman ola bilər...

Ekstrasensin sözlərinə görə 2020-ci il zamanın qanun-qaydasını pozdu, özüylə xaosu gətirdi və xəstəlik ili oldu:

“2021-ci il isə sağlamlıq ili olacaq. Tək fiziki yox eyni zamanda ruhi də...Xaos bitəcək və biz yeni həyat düzəninə girəcəyik. Mart, may aylarına kimi epidemioloji vəziyyətlə üz-üzə olacağıq. Ancaq koronavirusla bağlı vəziyyət tədricən yaxşılığa doğru dəyişəcək və yay aylarına qədər stabilləşəcək”.

Maliyyə məsələlərinə gəlincə, astroloq qlobal bohranın 2021 ci ildə də davam edəcəyini bildirib:

“İlin sonuna qədər iqtisadiyyat düzəlməyəcək. Tətbiq olunan məhdudiyyətlər  səbəbindən  iqtisadi vəziyyət surətlə yaxşılaşmayacaq. Bu sahə ilə bağlı ilin  birinci yarısı xüsusən çətin olacaq. Artıq təhsil sistemi də dəyişir, getdikcə daha çox insanlar internet vasitəsilə işləyəcək. Həyat rəqəmsal  hala gələcək. 2030-cu ilə qədər tamamilə başqa bir dünyada yaşayacağıq” - deyə ekstrasens proqnozunda qeyd edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO