Aynur Məmmədova: “Xarici şirkətlər tərəfindən durmadan iş təklifləri alıram”

Aynur Məmmədova: “Xarici şirkətlər tərəfindən durmadan iş təklifləri alıram”

Hazırda oxunan: Aynur Məmmədova: “Xarici şirkətlər tərəfindən durmadan iş təklifləri alıram”

7111

“Ən son Şuşada 5 yaşında olmuşam və 2021-ci ildə doğma elimə gedəcəyim üçün çox xoşbəxtəm”.

Bu sözləri Bizim.Media saytına tanınmış PR mütəxəsisi Aynur Məmmədova yola saldığımız 2020 və qarşıdan gələn 2021-ci illə bağlı gözləntilərindən danışarkən deyib.

Onun sözlərinə görə 2020-ci il onun üçün ən dəyərli illərdən biri olub və buna iki səbəb var:

“Birinci səbəb bilirsiz ki, Vətən müharibəsindəki qalibiyyətimiz və torpaqlarımızın geri qayıtmasıdır. İkinci səbəb isə şəxsi fəaliyyətimdə əldə etdiyim nailiyyətlər və uğurlardır. 2020-ci ildə peşəkar fəaliyyətim və rəqəmsal marketinqlə əlaqədar 10 sertifikat qazana bildim. “Google” tərəfindən sertifikatlaşdırılmışam. Ömrümün 21 ilini yalnız və yalnız işimlə bağlı qaçmağa sərf etmişəm. Pandemiya dönəmində öz üzərimdə işləmək üçün kifayət qədər zaman qazandım. Elə onun nəticəsidir ki, xarici şirkətlər tərəfindən durmadan iş təklifləri alıram”.  

2020-ci ildə həyatında kifayət sayda pozitiv hadisələrin olduğunu vurğulayan Aynur Məmmədova hər xırda məqamla bağlı prioritetlərə önəm verdiyini deyib:

''Nəyin harada yerinin olmasının fərqinə varmışam. 2020-ci il mənə “dayan, nəfəs al, dəyərləndir və yoluna davam” dedi. Pandemiya əslində bizə çox şeyi öyrətdi. Dünyanın hansı nöqtəsində olursansa ol, sənin gününün 90 faizi görüşlərdə keçirsə, bu sadəcə olaraq yorucudur. Bunu o zaman anlamırdım. Hazırda bu işlər Zoom və ya onlayn qaydada keçirilir ki, buna ehtiyacımız var idi''.

''Məsələn 20 il əvvəl telefon və internet tam məhdud səviyyədə idi. Kimləsə görüşmək üçün telefon əlaqəsi qurub, onu hansısa metronun qarşısında və ya məkanda axtarırdıq. İndi isə həmin adamın harada olduğunu və addımlarını belə telefonda izləmək imkanı var. Istər otel, istər turizm, istərsə də başqa sahələr üçün artıq dəyişməyin zamanı gəlmişdi. Pandemiya təkcə turizm sahəsinə deyil, bir çox sahələrə öz təsirini göstərdi. Bu o deməkdir ki, köhnə zamanla yaşaya bilməzsən, dəyişməlisən. İnsanların tələbatı və istəkləri dəyişir Başqalarını bilmirəm, mən bu dəyişikliklərə həddindən artıq pozitiv baxıram''.

Hazırda marketinq sahəsi üzrə yeni layihələr üzərində çalışdığını deyən Aynur Məmmədova növbəti ildə daha çox nailiyyətlər qazanacına ümid edir:

“2021-ci ildən gözləntilərim yeni layihələr və investisiyalardır. Bir çox sahələrə doğru yeni baxış və yanaşma olacağını düşünürəm. Bir deyim var, əziyyətlə deyil, ağıllı işlə...” Məncə hər birimiz fəaliyyətimizi bu deyimlə davam etdirməliyik. Baxın bir çox innovasiyalar gəlir. Bu gün 2 və ya 4 yaşlı uşaqlar kompüteri bizdən daha yaxşı mənimsəyirlər. Çünki onların dövrüdür. Yeniliklər və inkişaflar gəlir. Hazırda xaricdə çalışan bütün azərbaycanlılar vətəninə dönməyə can atırlar. Mən də içində olmaqla... Bu günə qədər öyrəndiklərimizi yalnız Azərbaycanda istifadə etmək istəyirik”.

Qeyd edək ki, uzun illər turizm sektorunda çalışan və fəaliyyətini xaricdə, paralel olaraq Azərbaycanda davam etdirən Aynur Məmmədova 5 ay öncə vətənə gəlib.

2021-ci lin yanvarından etibarən yenidən fəaliyyətini xaricdə davam etdirməyi planlaşdırır. A.Məmmədova həm də aparıcı və aktrisa kimi tanınır. Belə ki, o, Dövlət Televiziyasında lotereya oyununun aparıcısı olub və bəzi televiziya seriallarından aktrisa kimi məşhurlaşıb.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO