Bürclərin FOBİYALARI – Kim nədən qorxur?

Bürclərin FOBİYALARI – Kim nədən qorxur?

Hazırda oxunan: Bürclərin FOBİYALARI – Kim nədən qorxur?

71078

Qoç

Hədəf, mübahisə ediləcək insan və ya bir mövzu tapa bilməmək qorxusu qoçları çox narahat edir. Hər şeyin iradələri altında olmasını sevən Qoçların qorxularından biri də hadisələrin gedişatının axarından çıxmasıdır. Qoçların ən böyük qorxuları nədənsə qorxmaqdır.

Buğa

Narahatlıq və rahatlığın pozulması qorxusu buğaların ən qorxduğu vəziyyətdir . Heç kim onların dincliyini pozmasın. Həmçinin sağlamlıqlarını itirmək də Buğaların böyük qorxularındandır.

Əkizlər

Əkizlər bürcünün məlumat vermək və ya məlumat əldə etmə funksiyasını qoruya bilməmək, əllərini və danışıq qabiliyyətini itirmək qorxusu var. 

Xərçəng

Başına bəla gəlmə qorxusu və başına hər şey gələ bilər ehtimalı qorxusu xərçənglərin dinc bir gün keçirməsinə mane olur. Xərçənglərin hər şeydən qorxma potensialı var.

Şir

Şir izləyici tapa bilməmək və ya özü özünü alqışlamaq məcburiyyətində qalması qorxusu ilə yaşayar. Digər qorxularından biri də müvəffəqiyyətsizlikdir.

Qız

Vəsvəsə qızlar, bəlaya düşmə, xəstəliyə yoluxma, xəstəliyin yoxuxması qorxusu ilə yaşayır. Eyni zamanda natəmizlik də qızları ciddi şəkildə narahat edir.

Tərəzi

Tərəzilər, özlərinə məhşur bir tərəfdaş tapmasa və ya tərəfdaşları kollektivin seçilən üzvü olmasa ciddi narahatlıq keçirirlər. Fərqli görünməyən biri ilə münasibət tərəzilərin ən böyük fobiyasıdır.

Əqrəb

Həmişə güclü olmağı sevən və güclü görünən əqrəblərin güclərini itirmək qorxusu var. Əqrəblər çox yaxşı dost və sirdaşdılar. Buna görə sevdiklərini itirməkdən də qorxurlar.

Oxatan

Oxatanlar tək qalmağı sevmirlər. Düşüncələrini və hisslərini çatdıracaq bir insan tapa bilməməkdən qorxurlar. Oxatanların yalnız qalma qorxusu var.

Oğlaq

Ömrü boyu hər zaman iş haqqında düşünən Oğlaqların pulsuz qalma qorxusu var. Heç kimə möhtac qalmaq istəmirlər. Eyni zamanda onları qorxudan başqa bir şey də başqalarının nə deməsidir.

Dolça

Heçkimin görmədiyini görən, heçkimin düşünmədiyini düşünən Dolça bürcünün adiləşmə qorxusu var. Həmçinin Dolçalar azadlıqlarının məhdudlaşdırılmasından qorxurlar. 

Balıqlar

Duyğusal balıqlar təraşdaşsız qala bilməzlər. Ən böyük qorxuları yalnız qalmaq və özlərini ifadə edə bilməməkdir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO