Müəllimlər niyə tez-tez yerdəyişmə edirlər? - 67 nömrəli QƏRAR və buna aparan SƏBƏBLƏR    

Müəllimlər niyə tez-tez yerdəyişmə edirlər? - 67 nömrəli QƏRAR və buna aparan SƏBƏBLƏR    

Hazırda oxunan: Müəllimlər niyə tez-tez yerdəyişmə edirlər? - 67 nömrəli QƏRAR və buna aparan SƏBƏBLƏR    

70958

Yaxın günlərdə Təhsil Nazirliyi tərəfindən müəllimlərin iş yerlərini dəyişmələri ilə bağlı imtahan keçiriləcək. Son illərin statistikasına nəzər salsaq görərik ki, bu tipli müsabiqələrin sayı artmaqdadır.

Bəs bizə qələm tutmağı öyrədən müəllimlərimiz nə üçün tez-tez iş yerlərini dəyişmək arzusundadırlar?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, ucqar rayonlarda yaşayan və 35 yaşına kimi olan gənc müəllimlər üçün Nazirlər Kabinetinin 67 nömrəli qərarı var.  

“Qərara əsasən rayon mərkəzindən 20 km kənarda yaşayanlara əlavə 100 manat ödəniş olunur, amma onların orada davamlı orda qalıb yaşaya bilməsi üçün başqa heç bir iş görülmür. Bu həvəsləndirici ödəniş isə 5 ildən artıq olmur. Ona görə də 35 yaşına qədər müəllimlər  iş yerlərini dəyişdirərək 67 nömrəli qərardan yaralanmaq istəyirlər”.

Ekspertin fikrincə, müəllimlərin tez-tez iş yerlərini dəyişmələri üçün digər əsas səbəb isə repetitorluq fəaliyyətidir.

“Bir çox hallarda işini daha yaxşı bilən müəllimlər repetitorluqla daha yaxşı məşğul olmaq və daha çox pul qazanmaq üçün şəhər mərkəzinə doğru yerdəyişmə edirlər”.

Təhsil ekspertinin gəldiyi qənaətə əsasən, əksər müraciətlər isə məişət problemləri ilə bağlıdır.  

“Mümkün səbəblər sırasında təbii ki, müəllimlərin ailə qurması, daha müasir infrastukturlara malik məktəblərdə dərs demək istəkləri də var“.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO