Bakıda avtomobillərin şüşələrini qıraraq oğurluq edən şəxs saxlanıldı - VİDEO

Bakıda avtomobillərin şüşələrini qıraraq oğurluq edən şəxs saxlanıldı - VİDEO

Hazırda oxunan: Bakıda avtomobillərin şüşələrini qıraraq oğurluq edən şəxs saxlanıldı - VİDEO

70906

Nizami rayonunda avtomobillərin şüşələrini qıraraq oğurluqlar edən şəxs saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Murad Canızadə tutulub.

Onun Nizami rayonunda 5 avtomobilin şüşəsini sındıraraq dəyəri 2500 manata yaxın maqnitafon, qızıl-zinət əşyaları,saat, videoqeydiyyatçı və digər əşyalar oğurladığı müəyyən edilib.
Murad Canizadənin paytaxtın digər rayonlarında analoji cinayətlər etdiyi istisna olunmur. Onun ətrafında Nizami Rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO