Bakıda 96 manata uşaq qidası SATILIR – Ekspertlər HƏYƏCAN TƏBİLİ çaldı

Bakıda 96 manata uşaq qidası SATILIR – Ekspertlər HƏYƏCAN TƏBİLİ çaldı

Hazırda oxunan: Bakıda 96 manata uşaq qidası SATILIR – Ekspertlər HƏYƏCAN TƏBİLİ çaldı

70863

Ölkəmizdə uşaq qidalarının qiymətində də kəskin bahalaşma müşahidə olunur. Təccüblü olsa da Bakıda 96 manata "Kabrita" adlı 800 qramlıq qabda olan süni uşaq qidası satılır. Son vaxtlar tələbatı çoxalan bu qidaların digər çeşidlərində də qiymət artımı müşahidə olunur. Məsələn, "Nutrilon", "NAN" kimi süni uşaq qidalarının da 45-55 manat aralığındadır.

Əgər uşaq ana südü ilə bərabər süni uşaq qidası qəbul edirsə, 14 gündən bir valideyn bir qutu süni uşaq qidası almalıdır. Bu isə qutusu 96 manatdan kifayət qədər məbləğ edir. 

Ana südünün keyfiyyətinə çatmayan süni uşaq qidalarının qiymətlərinin bu qədər baha olması anlaşılan deyil. Əslində bəzi şirkətlər süni qidanın keçi südündən hazırlandığını və tərkibinə palma yağı yox, kokos yağı vurulduğunu iddia edirlər. Elə qiymətlərin də baha olmasını bununla əlaqələndirirlər. 

Amma ekspertlərin dediyinə görə bu gün süni uşaq qidalarının klassik xammalı inək südüdür. Keçi südü inək südündən sonra dayanır və uşağın qidalanmasında daha məsləhətli olması tibbdə öz əksini tapmayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda uşaq qidaları bahalaşdı - VİDEO


Tanınmış pediatr Vaqif Qarayev Bizim.Media-ya açıqlamasında deyib ki, ana südünün tərkibini süni qidanın tərkibi ilə müqayisə etmək düzgün deyil:

“İstənilən körpə mütləq ən azı 6 ay ana südü qəbul etməlidir. Süni qidaların reklamında həm anaların, həm də bəzi doğum evlərinin günahı var. Doğum evlərində anaların südü oldu-olmadı uşağa süni qida verirlər. Düzdür, son vaxtlar bu tendensiya azalıb, amma yenə də var. Sadəcə, birinci hamiləlikdən sonra doğulan uşaqların analarına məsləhim odur ki, körpələrini mütləq ana südü ilə bəsləsinlər. İlk bir neçə sutka süd ola bilər ki, az olsun. Amma ana südündən imtina etmək lazım deyil”. 

İqtisadçı-ekspert Akif Nəsirli isə xaricdən idxal olunan uşaq qidalarının bahalaşmasına dünyadakı qiymət artımını səbəb gətirib:

“Məlum səbəblərdə bütün ərzaq məhsullarında bahalaşma gedir. Bu bahalaşma təbii ki, Azərbaycan bazarına da təsir edir. Bununla belə bir qutu uşaq qidasının 96 manata başa gəlməsi, aşırı dərəcədə bahadır.

Gürcüstanda eyni markalı və eyni tərkibli uşaq qidalarının qiyməti bizdəkindən 30 fazi ucuzdur. Hətta 50 faiz ucuz olan uşaq qidaları da var. Səbəb idxal prosesinin monopoliyada olmasıdır”.


Ekspert Tarif Şurasının bütün qiymətlərə nəzarət etmədiyini, yalnız dövlət nəzarətində olan qiymətlərə nəzarət etmək imkanına malik olduğunu da vurğulayıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO