“KİVDF-nin 37.1 milyon manatlıq əmlakına həbs qoyulub” - Hesablama Palatası

“KİVDF-nin 37.1 milyon manatlıq əmlakına həbs qoyulub” - Hesablama Palatası

Hazırda oxunan: “KİVDF-nin 37.1 milyon manatlıq əmlakına həbs qoyulub” - Hesablama Palatası

70735

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) auditi üzrə istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın (əldə edilmiş gəlirin) ayrı-ayrı epizodlara və şəxslərə münasibətdə məbləği müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatında bildirilir.

2021-ci ildə Hesablama Palatasının Kollegiyasının qərarına əsasən müvafiq materiallar Baş Prokurorluğa təqdim edilib.

Mənbə qeyd edir ki, xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə 0,9 milyon manat məbləğində bank əmanətlərinin və 37,1 milyon manat dəyərində əmlakların üzərinə həbs qoyulub, məhkəməyə qədər icraat zamanı ziyanın (əldə edilmiş gəlirin) ödənilməsi məqsədi ilə təqsirləndirilən şəxslərin ümumilikdə 1,3 milyon manat məbləğdə pul vəsaitini Baş Prokurorluğun depozitinə yerləşdirib, cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) 12 yanvar 2021-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun (KİVDF) varisi kimi yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO