Bakı Nəqliyyat Agentliyindəki qanunsuzluqlar AÇIQLANDI

Bakı Nəqliyyat Agentliyindəki qanunsuzluqlar AÇIQLANDI

Hazırda oxunan: Bakı Nəqliyyat Agentliyindəki qanunsuzluqlar AÇIQLANDI

70732

Bakı Nəqliyyat Agentliyində başa çatmış investisiya layihələri üzrə dövlət büdcəsinin investisiya xərclərindən real təlabatdan artıq maliyyələşdirilmiş 735,1 min manat məbləğində vəsaitin dövlət büdəsinə qaytarılması təmin edilməyib.

Bizim.Media xəbər verir ki, bu, Hesablama Palatasının iş planına uyğun olaraq keçirilən kənar dövlət maliyyə nəzarət tədbiri Bakı Nəqliyyat Agentliyinin 2019-cu il oktyabrın 1-dən 2021-ci il yanvarın 1-dək olan dövrdə maliyyə fəaliyyətində əksini tapıb.

Qeyd olunub ki, bu qurum tərəfindən istifadə olunmuş 204,0 mln. manat məbləğində vəsaiti əhatə edib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda ötən ay 40 milyona yaxın sərnişin daşınıb


2020-ci il üzrə dövlət sifarişinin maliyyələşdirilməsi müqabilində bir sıra gözlənilən nəticələrin ilin sonunadək əldə olunması təmin edilməmiş, dövlət sifarişinin dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi həcminin müəyyənləşdirilməsi zamanı Agentliyin qeyri-büdcə mənbələrindən daxilolma potensialı səfərbər olunmayıb.

Qeyri-büdcə gəlirlərinin mənbələri kimi 6,4 mln. manat məbləğində cərimələrin təmin edilməyib, eləcə də müntəzəm marşrutlardakı avtobusların texniki, istismar, təhlükısizlik və ekoloji tələblərə uyğunluğu yoxlanılmayıb və 0,5 mln. manat rüblük xidmət haqları yığılmayıb.

Bu da dövlət büdcəsindən maliyyələşmələrə qənaətləri təmin etməyib. 2020-ci ilin dövlət büdcəsinin investisiya xərclərindən yeni avtobusların alınması üçün agentliyə köçürülmüş 110 mln. manat məbləğində vəsaitin il ərzində yalnız 67,9 faizi istifadə olunub.
Dövlət büdcəsinin investisiya xərclkəri hesabına agentlik tərəfindən ümumilikdə 165 milyon 836, 9 min manata 415 ədəd avtobusun alınması (2018-ci il noyabrın 16-dakı və 2020-ci il aprelin 3-dəki müqavilələrlə) əməliyyatların başa çatması və həmin avtobuslarda ilkin dəyəri 159 milyon 211, 1 min manat olan 394 ədədinin qanunvericiliyə uyğun razılaşdırmaqla əvəzsiz olaraq “BakuBus” MMC-nin istifadəsinə verilməsi şəraitində investisiya qoyuluşunu aidiyyəti üzrə nizamnamı kapitalının artırılmasına yönəldilməsi üçün müvafiq tədbirlər həyata keçirilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO