Teymur Rəcəbov Dubovu məğlub etdi

Teymur Rəcəbov Dubovu məğlub etdi

Hazırda oxunan: Teymur Rəcəbov Dubovu məğlub etdi

7064

“Champions Chess Tour” çərçivəsində təşkil olunan onlayn “Airthings Masters” turnirində yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Bizim.Media xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu mərhələdə rusiyalı Daniil Dubovla ilk qarşılaşmasını qələbə ilə başa vurub. Şahmatçımız Rusiya təmsilçisini 3:1 hesabla məğlub edib.

Qeyd edək ki, T.Rəcəbov yarışın dörddəbir final mərhələsində Rusiyanın digər təmsilçisi Yan Nepomnyaşini məğlub edərək yarımfinala yüksəlib.

Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO