FHN-də FÖVQƏLADƏ İCLAS: Nazir hansı göstərişləri verdi?

FHN-də FÖVQƏLADƏ İCLAS: Nazir hansı göstərişləri verdi?

Hazırda oxunan: FHN-də FÖVQƏLADƏ İCLAS: Nazir hansı göstərişləri verdi?

70615

Aprelin 20-də Fövqəladə Hallar Nazirliyinin inzibati binasında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə iclas keçirilib.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, nazirliyin səlahiyyətlərinə aid təhlükəsizliyə nəzarət məsələlərinin müzakirəsinə həsr olunmuş iclasda FHN-in müvafiq struktur bölmələrinin rəhbərləri iştirak edib.

İclasda çxış edən nazir Kəmaləddin Heydərov FHN-in fəaliyyət istiqamətlərinə uyğun olaraq əhali və ərazilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fəaliyyətindən, xüsusilə ticarət, xidmət, istehsal sahələrində aidiyyəti üzrə təhlükəsizliyə nəzarətin təmin edilməsi məsələlərindən danışıb.

Bu məqsədlə aidiyyəti dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayan nazir həlli vacib məsələləri qeyd edib.

Sonra Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin məruzələri dinlənilib, müvafiq tapşırıqlar verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO