Şahbaz Xuduoğluna Fransanın “Cəngavər” ordeni necə verilib? – ÖZƏL AÇIQLAMA

Şahbaz Xuduoğluna Fransanın “Cəngavər” ordeni necə verilib? – ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Şahbaz Xuduoğluna Fransanın “Cəngavər” ordeni necə verilib? – ÖZƏL AÇIQLAMA

70566

“İşdə  idim və mənə dedilər ki, Fransadan sənə məktub gəlib. Məktubu açıb gördüm ki, bu Fransanın Mədəniyyət Nazirliyindəndir. Məktubda göstərilirdi ki, mən “Şövalye”, yəni ədəbiyyat üzrə “Cəngavər” ordeni ilə təltif olunmuşam. Həmçinin bu məktubla birlikdə Fransanın Azərbaycandakı səfiri cənab Zakari Qrosun da təbrik məktubu var idi. Daha sonra səfirlikdən mənə zəng vurub medalı təqdim etmək istədiklərini bildirdilər”. 

Azərbaycanlı naşir, “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu Bizim.Mediya-ya açıqlaması zamanı belə deyib.

Reyd Bredberi kimi sevimli yazıçısının da bu mükafatı aldığını vurğulayan naşir bildirib ki, dünyada xeyli sayda ədəbiyyat adamı sözügedən mükafata layiq görülüb: 

“Bu mənim Fransadan aldığım ilk və çox dəyərli bir mükafatımdır. Mükafat mənə kitab sahəsində gördüyüm işlər və Fransız ədəbiyyatının Azərbaycanda təbliğinə görə verilib”, - deyə o fikirlərini tamamlayıb. Xatırladaq ki, ötən gün Fransa səfirliyində təşkil olunan tədbirdə “Cəngavər” ordenini Şahbaz Xuduoğluna səfir Zakari Qros təqdim edib.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO