Gəncədə istifadə olunan geyim və ayaqqabılar xüsusi qutulara atılacaq - FOTO

Gəncədə istifadə olunan geyim və ayaqqabılar xüsusi qutulara atılacaq - FOTO

Hazırda oxunan: Gəncədə istifadə olunan geyim və ayaqqabılar xüsusi qutulara atılacaq - FOTO

70548

Gəncədə yeni sosial layihənin icrasına başlanılıb. Şəhərin müxtəlif ərazilərində xüsusi qutular yerləşdirilib. 

Bizim.Media-nın Gəncə bürosunun məlumatına görə, qutuların yerləşdirilməsində məqsəd istifadə olunmuş geyim, ayaqqabı və tekstil məhsullarının toplanmasıdır.

Toplanan tekstil məhsulları çeşidlənərək, yenilərinin ehtiyacı olan ailələrə verilməsi, digərlərinin isə təkrar emala göndərilməsi nəzərdə tutulub. 

Bu qutular Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən “Green Recycle” şirkəti birlikdə həyata keçirilən yeni sosial layihə çərçivəsində reallaşıb. Artıq bu tip qutular şəhərin ilkin olaraq şəhərin Atatürk, Ş.İ.Xətai prospektləri və digər küçələrində yerləşdirlib.  
Gələcəkdə bütün ərazilərdə belə qutulara rast gəlmək olacaq. Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi şəhər sakinlərini sözügedən sosial layihəyə dəstək olmaları üçün ərazilərdə maarifləndici görüşlər keçirir.

Məqsəd Rəhimov, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO