Bakıda təhlükənin qarşısı alındı - FOTO/VİDEO

Bakıda təhlükənin qarşısı alındı - FOTO/VİDEO

Hazırda oxunan: Bakıda təhlükənin qarşısı alındı - FOTO/VİDEO

70543

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində “İnşaat Konstruksiyaları” MMC tərəfindən aparılan tikinti işləri zamanı krandan təhlükəli istifadə olunması barədə vətəndaş tərəfindən Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən əraziyə baxış keçirilib.

Baxış zamanı həqiqətən də göstərilən ünvanda “İnşaat Konstruksiyaları” MMC tərəfindən aparılan tikinti işləri ilə əlaqədar qülləli kranın istismarı zamanı təhlükəsizlik qaydalarına riayət olunmadığı, o cümlədən texniki nəzarətin təşkili üzrə cavabdeh şəxslərin təyin edilmədiyi, qülləli kranın iş icra layihəsinə uyğun istismar edilmədiyi müəyyən edilib.
Göstərilən halın insan həyatı və sağlamlığı üçün təhlükəsi nəzərə alınaraq, Agentliyin mütəxəssisləri tərəfindən qeyd olunan qayda pozuntuları aradan qaldırılana qədər qülləli kranın istismarı dayandırılıb və bununla bağlı akt tərtib olunub.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO