Azərbaycan əsilli fransız aktyor vəfat etdi - FOTO

Azərbaycan əsilli fransız aktyor vəfat etdi - FOTO

Hazırda oxunan: Azərbaycan əsilli fransız aktyor vəfat etdi - FOTO

7053

Məşhur fransız aktyor, rejissor və ssenarist Robert Hosseyn 93 yaşında vəfat edib.

Bizim.Media bildirir ki, bu barədə Fransa mətbuatı xəbər yayıb.

Azərbaycan əsilli olduğu bildirilən aktyor bu gün koronavirusdan dünyasını dəyişib.

Anası ukraynalı pianoçu, atası azərbaycanlı olan R.Hossein 20-dən çox böyük tamaşanın müəllifidir. Aktyor vaxtilə Bakıda da səfərdə olub.

O, 1978-ci ildə Fransa paytaxtının İdman Sarayında təqdim olunan “Paris Notre Dame” tamaşası böyük uğur qazanıb. Bu tamaşa 580 mindən çox izləyici toplayıb. Robert Hossein “Döyüş gəmisi Potyomkin”, “Səfillər”, Yuli Sezar”, “İsa”, “Danton”, “Robespyer” kimi 20-dən çox filmin müəllifidir. Onun sonuncu filmi “Məryəm adlı qadın” filmi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO