Azərbaycanın bu şəhərlərində yeni yol nişanları quruldu - FOTO

Azərbaycanın bu şəhərlərində yeni yol nişanları quruldu - FOTO

Hazırda oxunan: Azərbaycanın bu şəhərlərində yeni yol nişanları quruldu - FOTO

70507

Yevlax və Mingəçevirdə yeni yol nişanları qurulub. Gerçəkləşən yeniliklər Siqnal İxtisaslaşdırılmiş Layihə İdarəsi tərəfindən həyata keçirilib.

İdarənin Mingəçevir Sahə rəisi Elxan Mustafayevin Bizim.Media-ya verdiyi məlumata görə, öncə Yevlax şəhərinin Nizami küçəsi və Hava limanı yolu boyunca yol xəttləri çəkilib və yeni zəruri yol nişanları quraşdırılıb. 

Daha sonra Mingəçevir şəhərinin Xaldan şossesindən çıxış istiqamətində və Nəriman Nərimanov və Əliağa Vahid küçələrinin kəsişməsində müvafiq olaraq 4 dirəkli müasir işıqfor bloku yaradılıb.
İdarə rəsmilərinin sözlərinə görə, bundan sonra adı çəkilən küçələrdə piyada və nəqliyyatın hərəkətini daha təhlükəsiz şəkildə tənzimləmək mümkün olacaq.

Ehtiram Muradov, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO