Azərbaycan və Türkiyə hərbçiləri birgə məşqlər keçirir - VİDEO

Azərbaycan və Türkiyə hərbçiləri birgə məşqlər keçirir - VİDEO

Hazırda oxunan: Azərbaycan və Türkiyə hərbçiləri birgə məşqlər keçirir - VİDEO

70455

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin Mühəndis Qoşunlarının hərbi qulluqçularının iştirakı ilə silahlanmada olan müasir texnika və avadanlıqların tətbiqi ilə mühəndis təminatı üzrə taktiki-xüsusi məşqlər keçirilir.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, keçirilən dərslərin mövzusuna əsasən istehkamçılar minaaxtaranların taktiki-texniki xüsusiyyətlərini öyrənir, onlardan istifadə qaydaları barədə nəzəri biliklərini artırırlar.

Xüsusi hazırlanmış mühəndis şəhərciyində istehkamçılar ərazinin kəşfi, minaaxtaranlar vasitəsilə minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi mövzusunda fəaliyyətləri praktiki olaraq icra edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO