TƏBİB sədri Ramin Bayramlı medal ilə təltif olundu - FOTO

TƏBİB sədri Ramin Bayramlı medal ilə təltif olundu - FOTO

Hazırda oxunan: TƏBİB sədri Ramin Bayramlı medal ilə təltif olundu - FOTO

7042

Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı və TƏBİB-in Aparat rəhbəri Gündüz Əbdülov "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub.

Bizim.Media xəbər verir ki, 44 günlük "Vətən Müharibəsi”ndə Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində zərərçəkmiş mülki şəxslərə,hərbi qulluqçulara vaxtında lazımi tibbi xidmətlər göstərilməsi məqsədilə "Əks hücum əməliyyatları zamanı tibbi xidmətin təşkili üzrə Koordinasiya Mərkəzi” yaradılmış, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin tabeliyində olan xəstəxanalar optimallaşdırılıb, peşəkar və ixtisaslı həkimlər və Təcili Tibbi Yardım briqadaları tərəfindən təxirəsalınmaz işlər görülüb.

Eyni zamanda, cəbhə xəttində xidmət etmək üçün müraciət etmiş özəl tibb müəssisələrində çalışan və Türkiyədə yaşayan azərbaycanlı həkimlərin müraciətləri əsasında onların müvafiq sahələr üzrə bölgüsünün aparılması və yerləşdirilməsi işi həyata keçirilib.

Məlumat üçün bildirək ki, sözügedən medalla Azərbaycan Respublikası ilə hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdikləri xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin hərbi qulluqçuları və digər şəxslər təltif edilirlər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO