Qubada ər əvvəl keçmiş arvadını, sonra isə özünü öldürdü

Qubada ər əvvəl keçmiş arvadını, sonra isə özünü öldürdü

Hazırda oxunan: Qubada ər əvvəl keçmiş arvadını, sonra isə özünü öldürdü

70386

Qubanın Paşaoba kəndində ər arvadını öldürüb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, İlham Xudamov əvvəlcə həyat yoldaşı Sara Xudamovanı, sonra isə özünü öldürüb.

Hazırda polis şöbəsinin və rayon prokurorluğunun əməkdaşları hadisə yerindədir.

Alınan məlumata görə, ailə bir müddət əvvəl rəsmi boşanıb. Boşanandan sonra mülk və ev onlar arasında bölünüb. Hadisənin konkret hansı zəmində baş verdiyi deyilmir. Xudamovların 2 qız və 1 oğul övladı var. Quba rayon prokurorluğunda araşdırma başlanılıb.

Aytəkin Alxaslı, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO