Gəncəyə toya gedən şəxs avtomobil qaçırdı - FOTO

Gəncəyə toya gedən şəxs avtomobil qaçırdı - FOTO

Hazırda oxunan: Gəncəyə toya gedən şəxs avtomobil qaçırdı - FOTO

70335

Gəncədə avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin və Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus “VAZ” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Tovuz rayon sakini Fikrət Aydınov saxlanılıb. 

Araşdırmalar zamanı şübhəli şəxsin qonaq gəldiyi toyda spirtli içki qəbul etdiyi daha sonra Tovuz rayonuna qayıdarkən avtomobil qaçırdığı məlum olub.

F.Aydınov Şəmkir rayonunda saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO