Bakıda oğrulardan gülünc ADDIM: Pulun kartlarına köçürülməsini tələb etdilər

Bakıda oğrulardan gülünc ADDIM: Pulun kartlarına köçürülməsini tələb etdilər

Hazırda oxunan: Bakıda oğrulardan gülünc ADDIM: Pulun kartlarına köçürülməsini tələb etdilər

70327

Bakı sakininə qarşı quldurluq edilib. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə aprelin 18-də saat 1 radələrində 3 nəfərin Bakı şəhər sakini H.Rəsulovu bıçaqla hədələyib 400 manat pulunu almaları, kart hesabında olan 50 manat pulu isə öz hesablarına köçürmələri barədə müraciət daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakinləri - Səxavət Yunusov, Əli Abbasov və Nicat Mikayılov qısa müddətdə müəyyən edilərək saxlanılıblar. 

Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO