Azad olunan ərazilərdə daha 125 mina aşkarlandı

Azad olunan ərazilərdə daha 125 mina aşkarlandı

Hazırda oxunan: Azad olunan ərazilərdə daha 125 mina aşkarlandı

70151

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Bizim.Media-ya verilən məlumata görə, aprelin 11-dən 16-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 59, tank əleyhinə 66 mina və 237 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 445.8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO