Gürcü psixoloq Gəncədə erməni terrorundan danışdı: “Dəhşətə gəldim” - FOTO

Gürcü psixoloq Gəncədə erməni terrorundan danışdı: “Dəhşətə gəldim” - FOTO

Hazırda oxunan: Gürcü psixoloq Gəncədə erməni terrorundan danışdı: “Dəhşətə gəldim” - FOTO

70045

"Mən də iki oğul anasıyam və Gəncədə gördüyüm mənzərələr məni dəhşətə gətirdi. Orada o balacaların dağıntılar altında qalıb həyatlarını itirməsi sözlə ifadə olunası deyil. Uşaqlatın oyuncaqlarını görəndə çox kövrəldim". 

Bu açıqlamanı Bizim.Media-nın yerli bürosuna Gürcüstan nümayəndə heyətilə Gəncədə səfərdə olan psixoloq Katerina Kipiani verib. 

O, Gəncənin erməni faşıstləri tərəfindən terrora məruz qaldığı ərazilərdə gördüklərindən dəhşətə gəldiyini gizlətməyib. 

Onun sözlərinə görə, bütün hallarda dinc əhaliyə qarşı törədilən hər bir terror pislənməldir və qəbuledilməzdiir. 

"Mən öz balalarıma və bütün dünyanın balalarına sülh və əmin-amanlıq arzu edirəm”, deyə Katerina Kipianı əlavə edib.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO