Daşkəsəndə havanı çirkləndirən 9 sürücü cərimələndi - FOTO

Daşkəsəndə havanı çirkləndirən 9 sürücü cərimələndi - FOTO

Hazırda oxunan: Daşkəsəndə havanı çirkləndirən 9 sürücü cərimələndi - FOTO

70010

Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə profilaktiki tədbirlər həyata  keçirilib. 

Bizim.Media-nın yerli bürosunun Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən verdiyi məlumata görə, bu cür tədbirlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

Polis əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. 

Araşdırmalar zamanı bu və digər qayda pozuntusuna yol verən 9 nəfər sürücü inzibitai məsuliyyətə cəlb edilib. 

Məqsəd Rəhimov, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO