Tunisdə azərbaycanlıların olduğu gəmi qəzaya uğradı

Tunisdə azərbaycanlıların olduğu gəmi qəzaya uğradı

Hazırda oxunan: Tunisdə azərbaycanlıların olduğu gəmi qəzaya uğradı

69991

Bu gün Ekvatorial Qvineya bayrağı altında üzən, Malta istiqamətində hərəkətdə olan gəmi pis hava şəraiti səbəbindən Tunisin Qabeş şəhəri yaxınlığında qəzaya uğrayıb. 

Xarici İşlər Nazirliyindən (XİN) Bizim.Media-ya verilən məlumata görə, gəminin heyəti arasında iki Azərbaycan vətəndaşı olub.

Qeyd olunub ki, gəmi heyəti Tunis sərhəd gəmisi tərəfindən xilas edilib və xəstəxanaya yerləşdirilib. Belə ki, qəza nəticəsində gəmi heyəti, o cümlədən Azərbaycan vətəndaşları xəsarət almayıb. 

Hazırda vətəndaşlarımızın təxliyəsi ilə bağlı müvafiq tədbirlər görülməkdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO