Bakı sakinini döyərək quldurluq edən şəxslər saxlanılıb.
Bizim.Media-nın Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbərinə görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə Buzovna qəsəbəsi ərazisində 3 nəfərin xuliqanlıq zəminində qəsəbə sakini R.Süleymanovu döymələri barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elçin Muradov, Hafiz Mustafayev və Lerik rayon sakini Mahir Əhmədov müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla həmin şəxslərin R.Süleymanovu döyərək 500 manat pulunu almaları da müəyyən olunub.
E.Muradov şübhəli şəxs qismində tutulub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanılıb.
Bizim.Media
![Üç nəfər 500 manata görə Bakı sakinini döydü Üç nəfər 500 manata görə Bakı sakinini döydü](https://bizim.media/file/articles/2022/04/16/1650091888_1.jpg)
- A-
- A
- A+
Cəmiyyət
10:55 / 16.04.2022
Üç nəfər 500 manata görə Bakı sakinini döydü
Hazırda oxunan: Üç nəfər 500 manata görə Bakı sakinini döydü
Hazırda oxunan: Üç nəfər 500 manata görə Bakı sakinini döydü
69915
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.