Paytaxtın mərkəzi poliklinikası narkomanların YUVASINA çevrilib – ŞOK GÖRÜNTÜLƏR

Paytaxtın mərkəzi poliklinikası narkomanların YUVASINA çevrilib – ŞOK GÖRÜNTÜLƏR

Hazırda oxunan: Paytaxtın mərkəzi poliklinikası narkomanların YUVASINA çevrilib – ŞOK GÖRÜNTÜLƏR

69850

Bakının Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 27 saylı Şəhər Poliklinikası narkomanların əlverişli yuvasına çevrilib. Onlar burada narkotik qəbul etdikdən sonra şprisləri əraziyə atırlar. Bu hal yaxınlıqda yaşayan sakinləri ciddi narahat etməyə başlayıb. 

Bizim.Media əməkdaşı sakinlərin şikayəti əsasında həmin ərazidə olub. Məlum olub ki, uzun müddətdir fəaliyyətsiz qalan poliklinikanın içərisinə çoxsaylı şprislər atılıb.

Sakinlərin dediklərinə görə gecələr bu poliklinikaya narkotik maddə istifadəçiləri toplaşır və onların əlindən küçəyə çıxa bilmirlər.

Tanımadıqları şəxslər gecə səhərə qədər səs-küy salır və heç də yaxşı olmayan işlərlə məşğul olurlar. 

“Boş qalan yerə təbii ki, girən olacaq. Nəvələrimizi, uşaqlarımızı sərbəst küçəyə buraxmırıq. Gecə olan kimi təhlükə daha da artır. İstəyirik ki, poliklinika fəaliyyət göstərsin və narkomaniya təhlükəsi aradan qalxsın. Dəfələrlə poliklinikaya toplaşan 10-11-ci sinif şagirdlərini oradan çıxarmışıq. Müəmmalıdır ki, onlar orada nə iş görürlər? Hər halda uşaqlarımız üçün yaxşı nümunə deyil. Çox qorxuruq”, - deyə narazı sakinlər qeyd edib.  

Qeyd edək ki, 27 saylı Şəhər Poliklinikası 9 saylı Şəhər Poliklinikasının ərazisinə köçürülüb.

Bina istifadəyə yararsız vəziyyətdə olduğuna görə əsaslı təmir üçün aiddiyyəti üzrə məlumat verilib. Əsaslı təmirin aparılması barədə qərar qəbul edilib.

Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Bizim.Media-ya bildirib ki, qeyd olunan ünvanda müvafiq olaraq bütün zəruri profilaktik tədbirlərin görülməsi təmin edilib:

“Həmin əraziyə polis əməkdaşları təhkim edilib. Eyni zamanda ərazidə yaranmış anti-sanitariya vəziyyəti və tufeyli həyat sürən şəxslərin həmin ünvandan toplanması istiqamətində tədbirlər görülür. Bu istiqmətlə işlər davam etdiriləcək. Həmçinin, 27 saylı poliklinikanın aid olduğu dövlət qurumu bu barədə məlumatlandırılıb. Hazırda həmin ərazi nəzarətə götürülüb”.

Mövzunu diqqətdə saxlayacağıq.

Alçina Amilqızı, Rəşad Orucoğlu Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO