Quba sakini Siyəzəndə kanala düşdü - YENİLƏNİB

Quba sakini Siyəzəndə kanala düşdü - YENİLƏNİB

Hazırda oxunan: Quba sakini Siyəzəndə kanala düşdü - YENİLƏNİB

69836

Fövqəladə Hallar Nazirliyi (FHN) Quba rayon sakininin Siyəzəndə kanalda batması barədə məlumat yayıb. 

Bizim.Media-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu, Beşdam kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

***

Samur-Abşeron kanalının Siyəzənin Beşdam kəndindən keçən hissəsində 32 yaşlı kişi suya düşüb. 

Bizim.Media xəbər verir ki, Qubanın Atuc kənd sakini Sənan Abdul oğlu Məhərrəmovun ehtiyatsızlıqdan kanala düşdüyü bildirilir.

Onun kəndin ərazisində sahibkarın qoyunlarını saxlamaqla məşğul olduğu deyilir.

Aytəkin Alxaslı,Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO