Türkiyəli məktəblilər Prezidentin dəvəti ilə Füzuli və Şuşada oldular - FOTO 

Türkiyəli məktəblilər Prezidentin dəvəti ilə Füzuli və Şuşada oldular - FOTO 

Hazırda oxunan: Türkiyəli məktəblilər Prezidentin dəvəti ilə Füzuli və Şuşada oldular - FOTO 

69795

Türkiyəli məktəblilərin Qarabağa səfəri başa çatıb.  

Türkiyə məktəbliləri Prezident İlham Əliyevə məktub yazaraq Qarabağın işğaldan azad olunmasına çox sevindiklərini və nə vaxtsa ora səfər etməyi arzu etdiklərini bildiriblər. Məktuba dərhal reaksiya verilib. Azərbaycan Prezidentinin müvafiq tapşırığı ilə məktubu yazan Türkiyə Cümhuriyyətinin Kastamonu şəhərinin Quzeykənd ibtidai məktəbinin 4-cü sinif şagirdləri Azərbaycana dəvət edilib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Türkiyə məktəbliləri Azərbaycanın bir sıra yerlərində, o cümlədən Füzuli və Şuşada olub. 

Şagirdlər deyiblər ki, dərsdə amerikalı bir uşağın Atatürkə yazdığı məktubdan təsirlənərək dövlət başçılarından birinə məktub yazmaq istəyiblər.  

Sinif olaraq qərara gəliblər ki, məktubu məhz Prezident İlham Əliyevə yazsınlar. Məktəblilər məktublarında Azərbaycan yanğınsöndürənlərinin Türkiyədəki meşə yanğınlarının qarşısının alınmasındakı fədakarlığından da söz açıblar.  

Səfər bu gün başa çatıb. 

Elgün Gəncimsoy, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO