Narazı müəllimlərin apellyasiya müraciətlərinin qəbuluna başlanılır

Narazı müəllimlərin apellyasiya müraciətlərinin qəbuluna başlanılır

Hazırda oxunan: Narazı müəllimlərin apellyasiya müraciətlərinin qəbuluna başlanılır

69775

Müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsində uğur qazanmayan namizədlərin apellyasiya müraciətlərinin qəbulu həyata keçiriləcək. 

Təhsil Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, müraciətlərin qəbulu 16-17 aprel tarixlərini əhatə edəcək. 

Müraciətlərin qəbuluna 16 aprel saat 00:00-dan etibarən start veriləcək və proses 17 aprel saat 23:59-dək davam edəcək. 

Namizədlər şəxsi səhifələrinə daxil olmaqla müvafiq xanaya elektron poçt ünvanlarını yazaraq apellyasiya müsahibələrində iştirak etmək üçün müraciətlərini təsdiqləməlidirlər. 

Namizədlərə elektron poçt ünvanını düzgün qeyd etdiklərinə əmin olmaq və hazırda aktiv olan elektron poçt ünvanını daxil etmək tövsiyə olunur. 
Qeyd edək ki, apellyasiya müsahibələri onlayn formatda və “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO