İlham Əliyevdən türk məktəblilərin məktubuna MÜSBƏT REAKSİYA - FOTO

İlham Əliyevdən türk məktəblilərin məktubuna MÜSBƏT REAKSİYA - FOTO

Hazırda oxunan: İlham Əliyevdən türk məktəblilərin məktubuna MÜSBƏT REAKSİYA - FOTO

69737

Türkiyə məktəbliləri Prezident İlham Əliyevə məktub yazaraq Qarabağın işğaldan azad olunmasına çox sevindiklərini və nə vaxtsa ora səfər etməyi arzu etdiklərini bildiriblər. 

Bizim.Media xəbər verir ki, məktuba dərhal reaksiya verilib. 

Dövlət başçısının tapşırığı ilə məktubu yazan Kastamonu şəhərinin Quzeykənd ibtidai məktəbinin 4-cü sinif şagirdləri Azərbaycana dəvət edilib.

Onlar Azərbaycana gələrək bir sıra yerlərdə, o cümlədən Füzuli və Şuşada olub. Şagirdlər deyib ki, dərsdə amerikalı bir uşağın Mustafa Kamal Atatürkə yazdığı məktubdan təsirlənərək dövlət başçılarından birinə məktub yazmaq istəyiblər, sinif olaraq qərara gəliblər ki, məktubu İ.Əliyevə yazsınlar.

Onlar məktubda Azərbaycan yanğınsöndürənlərinin Türkiyədəki meşə yanğınlarının qarşısının alınmasındakı fədakarlığından da söz açıblar. Məktəblilərin səfəri sabah başa çatacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO