Müdafiə Nazirliyi hərbçilər arasında yarış keçirdi - FOTO

Müdafiə Nazirliyi hərbçilər arasında yarış keçirdi - FOTO

Hazırda oxunan: Müdafiə Nazirliyi hərbçilər arasında yarış keçirdi - FOTO

69723

Quru Qoşunlarının 2022-ci il hazırlıq planına əsasən “Ən yaxşı radiasiya, kimyəvi və bioloji mühafizə heyəti” adı uğrunda yarış keçirilir.

Bizim.Media Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, yarışın keçirilməsində əsas diqqət şəxsi heyətin taktiki-xüsusi, xüsusi hazırlıq və kütləvi qırğın silahlarından qorunma, kimya təminatı tapşırıqlarının yerinə yetirilməsi zamanı cihazlardan, fərdi qorunma vasitələrindən istifadə etmə və sıra fəndlərinin yerinə yetirmə bacarıqlarının təkmilləşdirilməsi, həmçinin hərbi qulluqçuların yüksək fiziki və mənəvi-psixoloji dözümlüyünün tərbiyə edilməsinə yönəldilib.

Dörd mərhələ üzrə keçiriləcək yarışın nəticələrinə əsasən “Ən yaxşı radiasiya, kimyəvi və bioloji mühafizə heyəti” müəyyən ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO