Atasına yas verməyən məşhur cərrahın mülk fırıldağı hamını ŞOKA SALDI – VİDEO

Atasına yas verməyən məşhur cərrahın mülk fırıldağı hamını ŞOKA SALDI – VİDEO

Hazırda oxunan: Atasına yas verməyən məşhur cərrahın mülk fırıldağı hamını ŞOKA SALDI – VİDEO

69680

“Bizimləsən” sosial-ictimai proqramda daha bir ürəkdağlayan həyat dramı gün üzünə çıxıb.

Bizim.Media xəbər verir ki, sözügedən proqrama pənah gətirən bir ana cərrah oğlunun xoşagəlməz əməllərini ellə bir edib.

O bildirib ki, oğlu onu müxtəlif yollarla aldadaraq, ata mülklərini satıb.

“Üç övladım var. Övladlarımın ikisi qızdır, biri oğlan. Qızlarım ailə qurub. Onlar ikisi də müəllimədir. Oğlum isə məşhur cərrah. Yoldaşım da həkim idi. 3 il əvvəl rayonda yol qəzası nəticəsində dünyasını dəyişdi. Bizim ailə qaldığımız rayonda nümünəvi ailə olub.
Hamı yaşadıqlarımıza məəttəl qalıb. Oğlum universitetə daxil olduqdan sonra atası ona yeni avtomobil verdi, o isə onu satıb, köhnə avtomobil aldı. Bakıya gəlib özünə ev aldı. Xeyli müddət rayonda işlədi. Ailə qurduqdan sonra Bakıya köçdü. Oğlum savadlı həkim olduğundan onu bir çox rayonlara çağırırdılar. Atası vəfat etdikdən sonra, oğul çox dəyişdi.  

Yoldaşımın 40 və ili çıxdıqdan sonra tək qalmayım deyə, məni də rayondan Bakıya gətirdilər. Gələndən sonra hiss elədim ki, ailədəki abu-hava əvvəlki kimi deyil. Oğlumun evindən başqa, rayonda 3 mülkümüz var idi. Biri yoldaşımın, ikisi isə mənim adıma idi.

Oğlum söylədi ki, o evləri mənim adıma keçirt. Öncə vermək istəmədim, sonra isə tək övlad olduğundan razılaşdım. Notariusda sənədə baxanda gördüm yazılıb ki, mən iki mülkü deyil, 3 mülkü onun adına keçirtməliyəm. Dedim ki, bu sənəd düz deyil. Onun adına yalnız bir evi keçirdirəm. Sonra sənədi dəyişdilər.  

3 ay keçdikdən sonra mənə dedi ki, Oğuz rayonundaki bağ evini adıma keçirt. Söylədim ki, verə bilmərəm, onu da satarsan. Çünki hər yay mən ora gedib, dincəlirdim.  Dediki, narahat olma, bağ evini satmayacağam, atamdan yadigardır. 
Bakıdakı Suraxanı notariusuna getdik. Etibarnamə ilə o evi onun adına keçirtdim. Savadlı adamam, düşündüm ki, nə zamansa yenidən o evi ondan geri ala bilərəm. Orada mənim fotomu çəkdilər. Dedim ki, şəklimi niyə çəkdiniz. Söylədilər ki, sənədə görə lazımdır. Sən demə etibarnamə ilə deyil, bağışlanmaqla sənəd imzalatdırmaq istəyib. Bağışlanma yolu ilə olduğu zaman isə, yalnız məhkəmə yolu ilə geri qaytarmaq olur.  

Oğlum dedi ki, bağ evini ver mənə, məndə bizim oturduğumuz atamın adına olan evi 2 bacıma verəcəyəm. İstəsələr yaşayarlar, istəsələr də satıb, öz aralarında bölərlər. Mən söylədim ki, ölənə kimi o ev satılmayacaq. Atan kimi mənim də cəsədim o evdən çıxsın.

Öləndən sonra necə istəsəniz elə də edərsiniz. Razılaşdıq. Yoldaşımın ili yaxınlaşdı. Oğlum söylədi ki, atamın il mərasimini keçirtməyəcəyəm. Mənim camaata veriləsi müftə yeməyim yoxdur, vermirəm. Rayona gedib, öz pensiyamla yoldaşıma 50 nəfərlik il məclisi verdim. Oğlum 8-ci mərtəbədə 4 nəfərə il verdi.  
Bir müddətdən sonra dediki, atamın adına olan evi ver mənə, oranı satacağam. Soruşandaki, demədin ki, onu bacılarına verəcəyəm, dediki yox satacağam”.

Rəşad Əliyev, Bizim.Media
 




 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO