Var-dövlət onlar üçün hər şeydir... – ƏN PULGİR BÜRCLƏR

Var-dövlət onlar üçün hər şeydir... – ƏN PULGİR BÜRCLƏR

Hazırda oxunan: Var-dövlət onlar üçün hər şeydir... – ƏN PULGİR BÜRCLƏR

69667

İnsanlar paxıl və ürəyiaçıq xüsusiyyətlərinə görə fərqlənirlər. Bunu sosial şəraitə bağlamağın mənasız olduğunu isə hamının rastlaşdığı hadisələr isbatlayıb. Çünki bəzən kasıb bir ailədə çox varlı qonaqpərvərlik görürsən. Varlılar paxıldır deyə yaranan təxəyyülləri də onlar arasında bəzilərinin xeyriyyəçiliyi, sadələyi təkzib  edir.

Bizim.Media xəbər verir ki, insanların paxıl olmasının cavabını astroloqlar verib və bütün bürcləri paxıllıq dərəcələrinə görə bölüblər. Ən ürəyiaçıqdan paxıla doğru siyahını təqdim edirik. 

Yəni sondan əvvələ:

12-ci yerdə Oxatandır

Bu bürcdən olanlar son qəpiyini də fəda etməyə hazırdır. Oxatanların yaxın dostları və doğmaları onun bu xüsusiyyətindən xəbərdardırlar.

11-ci yerdə Dolçadır

Qənaət edə bilmirlər. Ayın və ilin sonunda həmişə minusda olurlar. Onun ətrafındakılar bu haqda daha məlumatlıdırlar.

10-cu yerdə Şirdir

Özünü çox sevdiyi üçün səxavətlidir. Kənardakıların heyrətini görməyi sevirlər və dostluğa dəyər verirlər. Kömək etməyə həmişə hazırdır. 

9-cu yerdə Tərəzidir

Hesablamaya bilməyəcək dərəcədə səxavətlidir. Qənaəti sevsələr də, pulları işıq sürətilə xərclənir.

8-ci yerdə Qoçdur

Paxıl olmasalar da, pulu havaya uçurmağı sevmirlər. Xərcləri lazımi istiqamətlərdə bölürlər. Ailəsindən eyni şeyi tələb edir deyə ona bahalı saat almağa dəyməz.

7-ci Əqrəbdir

Səxavət və ağıl balansları var. Borcu pul verirlər, amma kimə nə qədər verdiklərini xatırlamırlar. Amma özləri borc alanda məsələyə həssas yanaşırlar. Vaxtında qaytarırlar. Dostlarla biznesdən uzaqdırlar, çünki maliyyə səhvlərini bağışlamayacaqlarını bilirlər. Hesab və ciblərində nə qədər pul olduğundan xəbərdardırlar. 

6-cı yerdə Xərçəngdir

Paxıl yox, dəqiqliyi, hesab-kitabı daha çox sevənlərdir. Dost və yaxınlara maliyyə yardımına o vaxt gələr ki, özünün aylıq tələbatı ödənmiş olsun. Özlərinə də pulu ehtiyatla xərcləyirlər. 

5-ci yerdə Balıqlardır

İmkanı olanda səxavətli bürcdür. Onları lüks həyatdan çəkindirmək qəlizdir. Yəni qara günü üçün pul saxlamaq məsləhətlərinə reaksiya vermirlər. 

4-cü yerdə Əkizlərdir

Yaxşı pul topalamaqları var. Bunu heç kəsə bildirmədən edirlər. Yalnız öz məsrəflərinə pul xərcləyirlər.

3-cü yerdə Buğadır

Öz xeyrinə pul xərcləyir. Kiçik də olsa, istisnalar olur.

2-ci yerdə Qızdır

Paxıllıqları özlərindən başqa hamıda görünür. Özlərinə pul qıyırlar. Yaxın insanının maraqları, yuaxud hədiyyəsi üçün müəyyən miqdarda pul xərcləmək qızlar üçün məşəqqətdir. Ən qorxulu yuxusu kimisə öz hesabına saxlamağı görməkdir. İdel ailə həyatları ayrı bedcələrlə mümkündür.

1-ci yerdə Oğlaqdır 

İqtisadiyyat və qənaətə meyilli bürcdür. Tək özləri yox, yaxınlarına da qənaət edirlər. Pulu üstün tutduqlarına görə, dostlarından da üz döndərə bilir. Hədiyyə bağışlamağı sevdiklərinə görə özlərini səxavətli sayırlar. Amma hədiyyə verəndə də cavab gedişə ümidlənirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO