Bakıda gözəllik salonunda qadını soydular

Bakıda gözəllik salonunda qadını soydular

Hazırda oxunan: Bakıda gözəllik salonunda qadını soydular

69615

Bakı şəhərində qadın qarət olunub.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, aprelin 12-də M.Seyidov küçəsində yerləşən gözəllik salonlarının birində paytaxt sakini olan qadının içərisində 1000 manatı və 200 dollar olan pulqabısı oğurlanıb.

Bu barədə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Tərlan Bədəlov müəyyən edilərək saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO