Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident-koordinatoru Vladanka Andreyeva ADA Universitetində keçirilən BMT modeli üzrə konfransın açılış mərasimində iştirak edib.
Bizim.Media xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Azərbaycan “Twitter” səhifəsində məlumat paylaşıb.
Bildirilib ki, üç gün davam edəcək konfransın işində müxtəlif universitetləri təmsil edən 85-dək tələbə iştirak edir.
Qeyd edilib ki, onlar aktual məsələləri müzakirə edəcəklər.
Bizim.Media