Dövlət qulluğuna qəbul üçün imtahan proqramına dəyişiklik edildi

Dövlət qulluğuna qəbul üçün imtahan proqramına dəyişiklik edildi

Hazırda oxunan: Dövlət qulluğuna qəbul üçün imtahan proqramına dəyişiklik edildi

69422

Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə hazırlaşan namizədlərə müraciət edib. 

DİM-dən Bizim.Media-ya verilən xəbərə görə, Dövlət İmtahan Mərkəzi tərəfindən fəaliyyət istiqamətinə daxil olan bütün imtahanların daha obyektiv və şəffaf keçirilməsi məqsədilə imtahanın məzmunun təkmilləşdirilməsi üçün mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir.

Elmi və elmi-texnoloji sahələrdə, həmçinin qanunvericilik sitemində baş verən dəyişikliklər nəzərə alınaraq dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin də imtahan proqramlarında zəruri dəyişikliklər edilir, test bankı mütəmadi olaraq yenilənir və banka yeni model tapşırıqlar daxil edilir. 
Dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə hazırlaşanların nəzərinə çatdırılıb ki, yuxarıda qeyd olunanlar nəzərə alınaraq müsabiqənin 2022-ci ilin may ayından etibarən keçirilən test imtahanlarının qanunvericilik üzrə proqramında müəyyən dəyişikliklər (bu dəyişikliklər proqramın qismən sadələşdirilməsi ilə müşaiyət olunur) həyata keçirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO