Abonentlərin neçə faizi sayğacla təmin edilib? -

Abonentlərin neçə faizi sayğacla təmin edilib? - "Azərsu"dan rəsmi AÇIQLAMA

Hazırda oxunan: Abonentlərin neçə faizi sayğacla təmin edilib? - "Azərsu"dan rəsmi AÇIQLAMA

69417

Aprelin 1-nə olan məlumata əsasən, “Azərsu” ASC-nin su təchizatı və kanalizasiya xidmətləri göstərdiyi abunəçilərin 1 milyon 555 min 99-u sayğacla təmin olunub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı qurum yayıb.

Mənbə qeyd edir ki. əhali qrupu üzrə sayğaclaşma səviyyəsi 91, 5 %, qeyri-əhali qrupu üzrə isə 94,6 % təşkil edib.

Ötən ilin müvafiq dövründə sayğaclaşma səviyyəsi ümumilikdə 86,5 %, əhali qrupu üzrə 86,2 %, qeyri-əhali qrupu üzrə isə 93,7 % olub.

Qeyd edək ki, aprelin 1-nə olan məlumata əsasən, ASC-nin 1 milyon 697 min 98 abunəçisi var. Bu o deməkdir ki, qurum abunəçilərinin 90,87 %-ni sayğacla təmin edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO