Şuşada fəaliyyət göstərən çörək sexi qeydiyyata alındı

Şuşada fəaliyyət göstərən çörək sexi qeydiyyata alındı

Hazırda oxunan: Şuşada fəaliyyət göstərən çörək sexi qeydiyyata alındı

6940

İşğaldan azad edilmiş Şuşa şəhərində bu günlərdə fəaliyyətə başlayan çörək istehsalı müəssisəsi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Bizim.Media-nın məlumatına görə, AQTA-ya "Azhun Holding" MMC tərəfindən Şuşa şəhəri, General Quliyev küçəsi, ev 7 ünvanında yerləşən çörək istehsalı müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatına alınması üçün müraciət daxil olub.

Çörək istehsalı müəssisəsi qanunvericiliyə uyğun olaraq 58-Q-00002 qeydiyyat nömrəsi ilə qida təhlükəsizliyi qeydiyyatına alınıb və “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestri”nə daxil edilib. Agentlik tərəfindən sözügedən müəssisə lazımi metodiki-texniki dəstək ilə təmin edilib.

İşğaldan azad olunmuş ərazilərdə qida zəncirinin bütün mərhələlərinə uyğun yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlaması istiqamətində sahibkarlara Agentlik tərəfindən lazımi metodiki köməklik göstəriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO