Ötən ay neçə nəfərə əmək pensiyası təyin olunub? - RƏSMİ

Ötən ay neçə nəfərə əmək pensiyası təyin olunub? - RƏSMİ

Hazırda oxunan: Ötən ay neçə nəfərə əmək pensiyası təyin olunub? - RƏSMİ

69386

2022-ci ilin mart ayında 2667 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.

Bu barədə Bizim.Media-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edilib ki, onların 54,4%-ni kişilər, 45,6%-ni isə qadınlar təşkil edib.

“Əmək pensiyaları haqqında” Qanuna əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var.

Hazırda kişilər üzrə pensiya yaşı 65 il, qadınlar üzrə isə 62 il 6 aydır. Qeyd edək ki, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO